Bu tarixdən metroda tikinti işləyir başlayır – Neçə ay davam edəcək?
07 avqust 2025 19:00 (UTC +04:00)

Bu tarixdən metroda tikinti işləyir başlayır – Neçə ay davam edəcək?

Hələ aylar öncə Bakı metrosunda “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşa ediləcəyi, bu səbəblə də, Dərnəgül metrostansiyasından hərəkətə başlayan qatarların Nizami metrostansiyasına qədər gedəcəyi ilə bağlı məlumatlar yayıldı.

Bəs görəsən bu prosesə nə zaman başlanacaq? Təmir işlərinin nə vaxta kimi yekunlaşması gözlənilir?

Lent.az-ın sorğusuna "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən bildirildi ki, tunelin tikintisinə ilin sonunda başlanması nəzərdə tutulur və inşaat prosesinin təqribən 10-11 ay davam etməsi proqnozlaşdırılır:

“Cənab Prezident İlham Əliyevin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş  “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “28 May” stansiyasında kəsişərək birləşən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi həyata keçiriləcək. Layihənin əsas komponenti kimi “Cəfər Cabarlı” və “Nizami” stansiyalarını birləşdirən 200 metrlik tunel inşa olunacaq. Tunelin tikintisinə ilin sonunda başlanması nəzərdə tutulur və inşaat prosesinin təqribən 10-11 ay davam etməsi proqnozlaşdırılır.

Həmçinin intervalların mümkün minimum həddə salınması və metro sərnişinlərinə daha keyfiyyətli xidmət göstərilməsi baxımından xətlərin ayrılması layihəsi xüsusi əhəmiyyət kəsb edir və hazırda bu istiqamətdə zəruri hazrlıq işləri aparılır. Görüləcək işlər barədə media nümayəndələrinə və ictimaiyyətlə mütəmadi açıqlamalar verilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 78

Oxşar yazılar