Bu şadlıq evi toya görə bağlandı - SƏBƏB
08 iyul 2021 13:47 (UTC +04:00)

Bu şadlıq evi toya görə bağlandı - SƏBƏB

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Qurumdan Lent.az-a verilən məlumata görə, iyulun 7-də Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Şahbazov Mahir Vəkil oğluna məxsus “Zirvə” şadlıq sarayında keçirilən toya baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Belə ki, toy mərasiminin keçirildiyi zalın sahəsi normativ tələblərə müvafiq olaraq 79 nəfərə xidmət etmək üçün uyğun olduğu halda, 150 nəfərlik şənlik mərasiminin keçirilməsi üçün müvafiq portala rəsmi müraciət olunub və keçirilən baxış zamanı şənlik mərasiminin 300-dən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsində bundan sonra şənlik mərasimlərinin keçirilməsinə məhdudiyyətin tətbiq olunması üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müvafiq qaydada müraciət olunub.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3189

Oxşar yazılar

Bu rayon işıqsız   qalacaq

Bu rayon işıqsız qalacaq

23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq  ərəfəsindədir: Onlar kimlərdir?

Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?

23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

23 iyul 2025 , 08:17
Zəngin olmaq üçün  doğulan BÜRCLƏR

Zəngin olmaq üçün doğulan BÜRCLƏR

23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ərdoğan Kamran Əliyevi qəbul etdi

22 iyul 2025 , 19:52
 İşə getmək   istəməyənlər üçün klinika  açıldı

İşə getmək istəməyənlər üçün klinika açıldı

22 iyul 2025 , 19:20
Sabah hava bir az sərin  olacaq

Sabah hava bir az sərin olacaq

22 iyul 2025 , 19:08
Sabah  çimərliklərdə gözlənilən   hava şəraiti - PROQNOZ

Sabah çimərliklərdə gözlənilən hava şəraiti - PROQNOZ

22 iyul 2025 , 18:19