Bu rayona  GÜCLÜ QAR   yağdı - FOTO
25 noyabr 2021 11:16 (UTC +04:00)

Bu rayona GÜCLÜ QAR yağdı - FOTO

Noyabrın 25-i gecə saatlarından başlayaraq Daşkəsən rayonuna güclü qar yağıb.

Lent.az-ın xəbərinə görə, hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir. Yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 15-20 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 40-45 santimetrə çatıb.

Daşkəsən rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün müvafiq xidmət strukturları səfərbər olunaraq mütəmadi təmizləmə işləri aparılır. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilir.

# 3420
avatar

Oxşar yazılar