Bütün peşələrin öz çətinliyi var. Ancaq elə sahələr var ki, onlar daha yorucudur.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, marketoloqlar, müəllimlər, reklam sahələrində işləyənlər daha çox xroniki yorğunluqdan əziyyət çəkirlər.
Aparılan araşdırmalar göstərir ki, xroniki yorğunluqdan əziyyət çəkənlər əsasən PR departamentinin işçiləridir (40%). İkinci yeri inzibati işlər (36%) üzrə çalışanlar tutur. Üçüncü yerdə isə informasiya texnologiyaları üzrə mütəxəssislər, müəllimlər, elm və təhsil işçiləri (hər biri 35%) qərarlaşıb.
Məlumata görə, bu sahələrdə çalışanların 45 faizi yuxu problemi yaşadıqlarını bildirib.
Xroniki yorğunluqdan ən az təsirlənənlər nəqliyyat və logistika sənayesi, tikinti və daşınmaz əmlak sahəsində çalışan mütəxəssislərdir. Bu sahələrdə işləyənlərin yalnız 15 faizi xoşagəlməz vəziyyətdən şikayətləniblər.