Bu marşrutlara yeni avtobuslar  verildi
31 yanvar 2026 12:21 (UTC +04:00)

Bu marşrutlara yeni avtobuslar verildi

0

Bakıda daha 2 marşrut xəttində müasir avtobuslar istismara verilib.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun "Neftçilər" stansiyası ilə əlaqələndirən 76 nömrəli və “Qara Qarayev” stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək. 

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. 

Gedişhaqqı 0,50 AZN müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar