Bu ixtisas qrupuna imtahan verənlərə ŞAD XƏBƏR : Hamı universitetə girəcək
20 avqust 2021 16:11 (UTC +04:00)

Bu ixtisas qrupuna imtahan verənlərə ŞAD XƏBƏR: Hamı universitetə girəcək

"Bu il I ixtisas qrupu üzrə nəticələr 2020 illə müqayisədə ciddi fərqlənir".

Bu sözləri Lent.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, I ixtisas qrupu üzrə 9 866 nəfər abituriyent 200-dən çox bal toplayıb, 150-dən çox bal toplayan abituriyentlərin sayı isə 15 052 nəfərdir:

"2020-ci ildə isə I qrupda 200-dən çox bal toplayan 10 343 nəfər, 150-dən çox bal toplayan 15 373 nəfər abituriyent olub.

2021-ci ildə I ixtisas qrupu üzrə 15 758 plan yeri ayrılıb ki, onun da 10 112 plan yeri ödənişsizdir. 2020-ci ildə isə 14 924 plan yeri ayrılmışdı ki, onun da 9 290 plan yeri ödənişsiz idi".

Ekspert qeyd edib ki, I qrupda müsabiqə şərtlərini ödəyən abituriyentlərin hamısı qəbul ola bilər:

"Hətta I qrupda 200 balla dövlət universitetlərində pulsuz ixtisasa qəbul olmaq mümkündür.  I ixtisas qrupu üzrə 650-dən çox 178, 600-dən çox 640, 550-dən çox 1224, 500-dən çox 1 894 abituriyent bal toplayıb ki, 2020-ci ildə 650-dən çox 179, 600-dən çox 611, 550-dən çox 1189, 500-dən çox 1903 abituriyent bal toplamışdı". 

K.Əsədov əlavə edib ki, I ixtisas qrupu üzrə Prezident təqaüdünü 685-dən çox bal toplamış abituriyentlər ala biləcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 37233
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar