Bu il nə qədər insana əlillik təyinatı aparılıb? - RƏSMİ CAVAB
01 oktyabr 2021 12:28 (UTC +04:00)

Bu il nə qədər insana əlillik təyinatı aparılıb? - RƏSMİ CAVAB

“Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu əlillik təyini ilə bağlıdır.

Maraqlıdır, bu il nə qədər insana əlillik təyinatı aparılıb?

Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu il 37 mindən çox şəxsə əlillik təyinatı aparılıb, əlilliyi olan şəxslərə 35 mindən çox reabilitasiya vasitəsi verilib. Əliliyin qiymətləndirilməsinin rəqəmsal infrastrukturu təkmilləşdirildikcə, funksional imkanları, inteqrasiya dairəsi genişləndikcə tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf həyata keçirilməsi, müraciətlərə obyektiv, çevik baxılması da təmin olunur. Bu məqsədlə “Əlillik” altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, həmçinin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi tətbiq edilib.

Bu il artıq 37 mindən çox şəxsə əlillik təyinatı aparılıb, onlardan 12 mindən çoxuna ilkin, qalan hissəsinə təkrar əlillik təyin olunub.

2 minədək qaziyə əlillik və sosial ödənişlər təyin olunub, proses davam edir.

 

# 4557
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar