Bu il doğulan uşaqlara ən çox hansı adlar verilib? - ÖZƏL
17 mart 2021 14:10 (UTC +04:00)

Bu il doğulan uşaqlara ən çox hansı adlar verilib? - ÖZƏL

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu il doğulan körpələrə qoyulan adlarda üstünlük oğlanlarda Əli, qızlarda isə Zəhra üstünlük təşkil edir.

2021-ci ilin yanvar və fevral ayı ərzində doğumu qeydə alınan kişi cinsindən olan körpələrə Əli (204), Yusif (196), Uğur (199), Hüseyn (195) və Məhəmməd (139), qadın cinsindən olanlara isə Zəhra (244), Zeynəb (184), Fatimə (156), Aylin (186) və Məryəm (152) kimi adların verilməsi üstünlük təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10 812 doğulan körpə qeydə alınıb. Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 238-i əkiz, 6-sı isə üçəm doğulanlardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5667
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar