İyulun 5-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC qrupuna və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə növbəti test imtahanı keçirəcək.
Lent.az xəbər veri rki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib.
Bildirilib ki, imtahan elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq.