Bu gün doğulan uşaq 25 yaşınadək  metrodan pulsuz istifadə edəcək
08 avqust 2025 12:16 (UTC +04:00)

Bu gün doğulan uşaq 25 yaşınadək metrodan pulsuz istifadə edəcək

"Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək".

Lent.az xəbər verir ki, bunu Bakı metropoliteninin hərəkət xidmətinin rəisi Anar Zamanovdeyib.

Anar Zamanov

“Bu gün Bakı metropoliteninin tarixində unudulmaz bir hadisə baş verib. Bakı metrosunda ilk dəfə səhər saatlarında – təxminən 07:40 radələrində – “20 Yanvar” stansiyasında bir qadın dünyaya övlad gətirib. Stansiya əməkdaşlarımızın çevik reaksiyası və peşəkar yanaşması sayəsində qadına dərhal ilkin yardım göstərilib. Çağırılmış təcili tibbi yardım briqadası zəruri müdaxilə edib və ana ilə körpə saat 08:06-da xəstəxanaya yola salınıblar. 

Bu hadisə bir daha sübut etdi ki, Bakı metropoliteninin kollektivi təkcə texniki təhlükəsizlik baxımından deyil, insan həyatı ilə bağlı fövqəladə hallarda da hazırlıqlıdır.

Dünya təcrübəsində bu kimi hallar az da olsa qeydə alınır. Hər zaman əsas olan insan həyatıdır və bu baxımdan biz əməkdaşlarımızın peşəkarlığı ilə fəxr edirik" - xidmət rəisi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730

Oxşar yazılar