Bu gün ali məktəblərə qəbulun II mərhələsi üzrə sınaq imtahanları keçiriləcək
19 dekabr 2021 07:01 (UTC +04:00)

Bu gün ali məktəblərə qəbulun II mərhələsi üzrə sınaq imtahanları keçiriləcək

Bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanları keçiriləcək.

Lent.az APA-ya istinadən xəbər verir ki, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq:

I qrup

II qrup

III qrup

DT altqrupu

III qrup

TC altqrupu

IV qrup

Riyaziyyat

Riyaziyyat

Azərbaycan (rus) dili

Azərbaycan (rus) dili

Biologiya

Fizika

Coğrafiya

Tarix

Tarix

Kimya

Kimya

Tarix

Ədəbiyyat

Coğrafiya

Fizika

III ixtisas qrupu üzrə imtahan vermək istəyənlər DT və ya TC altqrupu üzrə imtahan vermək istədiklərini qeyd edirlər. Hər iki altqrup üzrə sınaq imtahanında iştirak etmək istəyənlər dekabrın 19-da Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra dekabrın 26-da əlavə olaraq coğrafiya fənnindən imtahan verəcəklər.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

İmtahanın müddəti 3 saatdır (coğrafiyya fənni üzrə əlavə imtahanın müddəti 1 saat). Yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır.

İmtahanlar dekabrın 19-da Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Şəki, Mingəçevir, Bərdə, Göyçay, Füzuli, Şirvan, Xaçmaz, Lənkəran şəhərlərində təşkil olunacaq. Dekabrın 26-da keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəranda olacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalı idi (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilib. III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər öz kabinetlərinə coğrafiya fənnindən əlavə imtahan üçün 15 AZN də yükləməlidirlər.

Yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan olunacaq. Abituriyentlərə imtahanda topladıqları ballar 400 ballıq şkala üzrə təqdim olunacaq.

Qeyd edək ki, 3870 sınaq imtahanında iştirak üçün yazılıb. Dövlət İmtahan Mərkəzi ilə YAŞAT Fondu arasında əməkdaşlığa dair 4 noyabr 2021-ci il tarixində imzalanan Memoranduma əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və qazilərə mənəvi dəstək vermək, onların təhsilinə və gələcək inkişafına əməli yardım göstərmək məqsədilə sosial baxımdan həssas əhali qrupuna aid, xüsusilə bölgələrdə məskunlaşan şəhid və qazi ailəsi üzvlərinin bu imtahanlarda ödənişsiz iştirak etməsi DİM tərəfindən təmin olunub. Onlar öz istəklərinə uyğun olan rayon və ya şəhərdə keçirilən sınaq imtahanına qeydiyyata alınıblar.

# 2241
avatar

Oxşar yazılar