Bu əşyaları hədiyyə  etməyin – Bədbəxtlik gətirir
17 aprel 2025 16:32 (UTC +04:00)

Bu əşyaları hədiyyə etməyin – Bədbəxtlik gətirir

Bıçaq, saat və güzgü — adi hədiyyələr kimi görsənir. Lakin məhz bu əşyalar tez-tez münasibətlər və taleyin "təhlükəli" əlamətləri kimi batil inanclarda və əfsanələrdə hallanır. Doğrudanmı, onlardan çəkinmək lazımdır, yoxsa bu sadəcə keçmişdən gələn batil inanclardır? 

Lenet.az mövzuyla bağlı araşdırmanı təqdim edir.

Niyə bəzi hədiyyələr təhlükəli sayılır?

Xalq inancları cəmiyyətdə böyük əhəmiyyətə malikdir və insanlar qədimdən bu nəsildən-nəslə ötürülən xəbərdarlıqların doğru olduğuna inanırlar. Hələ ulu nənələrimiz deyirdilər ki, bıçaq, güzgü və saat hədiyyə etmək pis əlamətdir.

Bıçaq

O, aqressiyanı və həmçinin ayrılığı simvolizə edir. Yaxın adamlardan birinə bıçaq hədiyyə etmək - mübahisəyə və ya münasibətlərin pozulmasına işarədir. Bu hədiyyədən mənfi enerjini uzaqlaşdırmağın sadə bir yolu var - onu hədiyyə etməmək, "satmaqdır". Yəni şərti olaraq onun üçün istənilən məbləği ödəmək kifayətdir.

Saat

Bu əşya da uğursuz hədiyyə sayılır və dünyanın bir çox ölkələrində hədiyyə edilmir. Məsələn, Çin, Koreya və Şərqi Avropada inanılır ki, saat münasibətlərin və ya həyatın vaxtını “sayır”.

Bundan əlavə, saat insanın həyat dövrünü dəyişə bilər və bu, onu hədiyyə edən şəxsin enerjisindən asılı olaraq - müsbət və ya mənfi təcrübə ilə nəticələnə bilər.

Güzgü

Hər evdə gündəlik istifadə olunan bu əşya çox güclü enerji daşıyır. Güzgü incə aləmlərlə bağlıdır, onu sehrli praktikada istifadə edirlər və hətta onun vasitəsilə ruhlarla əlaqə qurmaq mümkündür.

Bu səbəbdən istənilən güzgünü hədiyyə etmək olmaz. Əgər bu çox vacibdirsə - bir neçə kağız pul və ya sikkə ilə satın alın. Və mütləq şəkildə qablaşdırmada olmalıdır.

Belə hədiyyələrlə nə etmək olmaz

Bıçaq

Bıçağı simvolik ödəniş olmadan qəbul etməyin - inanclara görə, bu münaqişəyə səbəb ola bilər, sizi münasibətlərin pozulması və ya ciddi mübahisə gözləyir.

Hədiyyə edilən bıçağı göz önündə saxlamayın. Bıçağı dərhal istifadə etməyin. Qoy o sizə alışsın.

Saat

Ödənişsiz saat qəbul etməyin, çünki bu, münasibətlərin pozulmasına gətirib çıxara bilər. Qırılmış və ya mənfi tarixçəsi olan köhnə saatları taxmayın. Hətta onlar babanıza və ya atanıza məxsus olsa belə.

Yaxın əlaqə olmayan bir şəxsə saat hədiyyə etməyin - çünki bu "vaxtın ölçülməsi" sayılır. Yəni, qardaşa "ödənişlə" vermək olar, amma iş yoldaşına olmaz.

Güzgü

Evdə çatlamış və ya cızılmış güzgü saxlamayın. Güzgünü yatağın və ya giriş qapısının qarşısına asmayın. Əlamətdar bir səbəb olmadan güzgü hədiyyə etməyin - bu, yaxşı əlamət deyil. Yeni güzgüyə dərhal baxmaq olmaz. Xəstə olan adama güzgü hədiyyə etməyin

Hədiyyə edilən əşyalardan mənfiliyi necə uzaqlaşdırmaq olar?

Hədiyyə üçün simvolik ödəniş verin, ən yaxşısı sikkə - bu, əşyadan mənfi enerjini uzaqlaşdırır.

Təmizləmə rituallarını yerinə yetirin: su ilə yuyun, pəncərə altına qoyun və günəş şüası altında qurudun.

Enerji balansı əlavə edin - əşyanın yanına öz talismanınızı, şam və ya bitki qoyun. Bu, hədiyyənin enerjisini balanslaşdırmağa kömək edəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1696

Oxşar yazılar