Bu azərbaycanlılar Rusiyadan çıxarılır
13 iyun 2024 12:37 (UTC +04:00)

Bu azərbaycanlılar Rusiyadan çıxarılır

Rusiyanın Smolensk vilayətinin Demidovski Rayon Məhkəməsi Rusiya qanunvericiliyini pozan üç azərbaycanlının barəsində işlərə baxıb. Bu il iyunun 4-də rayon mərkəzində polis ölkə ərazisində qalmağa icazəsi olmayan əcnəbiləri müəyyən edib.

Lent.az xəbər verir ki, məhkəmə prosesində təqsirləndirilən şəxslər tövbə edərək Rusiya ərazisini özbaşına tərk edə bilmələri üçün azadlığa buraxılmalarını istəyib. Məhkəmə icraçıları onları inzibati xəta törətməkdə təqsirli biliblər və hər birinə ölkədən məcburi deportasiya edilməklə iki min rubl cərimə ödəməyi əmr ediblər.

Rusiyanı tərk edənə qədər azərbaycanlılar əcnəbilərin müvəqqəti saxlanma məntəqəsində saxlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19404
avatar

Mehman Nəbiyev

Oxşar yazılar