Botoks və dolğularla bağlı əhaliyə müraciət:  Qadağandır!
13 avqust 2025 16:13 (UTC +04:00)

Botoks və dolğularla bağlı əhaliyə müraciət: Qadağandır!

Səhiyyə Nazirliyi bəzi botoks və dolğularla bağlı əhaliyə müraciət edib.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bəzi özəl tibb müəssisələrində “Botulinum toksini” (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunur:

"Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarına əsasən, bütün dərman və tibb vasitələri (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər. Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır.

Mənşəyi məlum olmayan bu maddələr insan sağlamlığı üçün ciddi risk yaradır: ağır allergik reaksiyalar, sinir sistemi və dəri zədələnmələri, digər ciddi fəsadlar mümkündür. Tibbi və kosmetoloji prosedurlar yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisasa malik həkimlər tərəfindən icra edilməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776

Oxşar yazılar