“Bona Dea”  Nigar Köçərliyə  təzyiq   edib: özü AÇIQLADI
23 yanvar 2026 12:13 (UTC +04:00)

“Bona Dea” Nigar Köçərliyə təzyiq edib: özü AÇIQLADI

0

Xəbər verdiyimiz kimi, “Əli və Nino” kitab evinin sahibi, Şahbaz Xuduoğlunun həyat yoldaşı Nigar Köçərli sosial şəbəkə hesabında “Liv Bona Dea” Hospitalda əməliyyatdan sonra tibb işçilərinin ona laqeyd yanaşdığını, həmçinin 1-2 saata yekunlaşmalı olan əməliyyatın heç bir açıqlama verilmədən 6 saat uzanması barədə paylaşım etmişdi.

Lent.az xəbər verir ki, Nigar Köçərli məsələ ilə bağlı yenidən paylaşım edib. O, məsələ ilə bağlı LIV Bona Dea Hospital  tərəfindən nəinki adekvat cavab verilmədiyini, hətta təzyiqlərə uğradığını yazıb:

“Şikayətimlə bağlı LIV Bona Dea Hospital  tərəfindən nəinki adekvat cavab verilmədi, əksinə, bizi yalan və böhtan yaymaqda ittiham edərək müxtəlif yollarla paylaşımın silinməsi üçün təzyiqlər göstərildi. Mənim istəyim çox sadə idi: ödədiyim vəsait müqabilində normal xidmətin göstərilməsi. Niyyətim kiminsə işdən çıxarılması və ya cəzalandırılması deyil, yalnız aydın cavab almaq idi:

— anesteziya niyə gecikdirilib?
— tibbi personal niyə mənimlə qəddar rəftar edib?
— pasiyentə bu laqeyd münasibətin səbəbi nədir?

Lakin klinika vəziyyəti aydınlaşdırmaq və üzr istəmək əvəzinə ittiham yolunu seçdi. Bu yanaşma məndə əlavə suallar doğurur: görəsən, həmin 6 saat ərzində içəridə nə baş verib ki, indi bunu ört-basdır etməyə çalışırlar? Milyonlarla vəsait xərclənərək dəbdəbəli xəstəxana tikilir, amma pasiyentə laqeyd yanaşılır. Xəstə haqqında yaxınlarına heç bir məlumat verilmir, vəziyyət izah olunmur və buraxılan səhvə görə üzr istənilmir. Klinikanın bu münasibətini özümə qarşı açıq hörmətsizlik kimi qəbul edirəm və məsələni artıq hüquqi müstəvidə həll etməyi düşünürəm. Dəstəyiniz üçün bir daha təşəkkür edirəm. Gedişat barədə sizi məlumatlandıracağam”.

Xatırladaq ki, xəstəxanadan bildirilmişdi ki, xəstə əməliyyatdan sonra oyanma otağında tibbi protokollara tam uyğun olaraq nəzarətə götürülüb və ilkin mərhələdə müvafiq ağrıkəsici dərmanlar, anestezioloji preparatlar tətbiq edilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1038

Oxşar yazılar