Birinci sinfə şagird qəbulu başlayır - RƏSMİ
16 mart 2021 11:11 (UTC +04:00)

Birinci sinfə şagird qəbulu başlayır - RƏSMİ

2021-2022-ci tədris ili üçün I sinfə şagird qəbuluna aprel ayının ikinci yarısından start veriləcək. 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi elektron sistem ilə www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn formada aparılmalıdır. Vətəndaşlara texniki kömək və dəstək məqsədilə əvvəlcədən müəyyən olunmuş məktəblərdə Alternativ Qeydiyyat mərkəzləri yaradılacaq.

Qeyd edək ki, qəbul prosesinin keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar