Bilgəh çimərliyinə yaxın sahəyə məişət tullantılarının atılması barədə daxil olan fotogörüntüdəki ərazini Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri təmizləyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə məcburi göstəriş verilib.