Bazar gününə qırmızı səviyyəli  maqnit qasırğası XƏBƏRDARLIĞI
10 oktyabr 2025 17:58 (UTC +04:00)

Bazar gününə qırmızı səviyyəli maqnit qasırğası XƏBƏRDARLIĞI

0

Geomaqnit qasırğaları intensivliyinə görə təsnif edilir - K indeksi 2 ilə 9 arasında dəyişir. K indeksi nə qədər yüksəkdirsə, qasırğa, onun nəticələri və insanlara və avadanlıqlara təsiri bir o qədər şiddətlidir.

Lent.az-ın xəbərinə görə, şənbə günü, oktyabrın 11-də günün birinci yarısında normal maqnitosfer gözlənilir, lakin günortadan sonra günəş aktivliyində K-indeksi 4-ə (sarı səviyyə) qədər qədər artması olacaq ki, bu da oktyabrın 12-si- bazar günü, K-indeksi 5 (qırmızı səviyyə) ilə meteohəssas insanların hiss edəcəyi maqnit qasırğasına çevriləcək.

Qeyd edək ki, günəş aktivliyi tədqiqatçıları öz məlumatlarını hər üç saatdan bir yenilədiyi üçün proqnoz dəyişdirilə bilər. Astrofiziklər qeyd edirlər ki, bir gün öncədən verilən proqnozlar ən dəqiq, digərləri isə təxminidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar