Mayın 16-da Bakıda ictimai nəqliyyat fəaliyyətini davam etdirəcək.
Lent.az-n məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Buna görə də 16 may həftə sonuna təsadüf etməsinə baxmayaraq, nəqliyyat işləyəcək.
Qeyd edək ki, Ramazan bayramı günləri ilə əlaqədar olaraq mayın 9-dan 15-dək qeyri-iş günləri idi. Bu səbəbdən mayın 9-u saat 00:00-dan mayın 16-sı saat 06:00-dək Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırmışdı.