Bayram günlərində necə qidalanmalıyıq?  - MƏSLƏHƏT
24 dekabr 2024 13:42 (UTC +04:00)

Bayram günlərində necə qidalanmalıyıq? - MƏSLƏHƏT

“Bayram günlərində qidalanma rejimində edilən səhvlər sağlamlıq problemlərinə səbəb olan mühüm mövzudur”.

Lent.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, bu dövrdə ən çox rast gəlinən problemlər həddindən artıq kalori qəbuludur: 

“Bayram süfrələri çox vaxt yağlı, yüksək kalorili və şəkərlə zəngin yeməklərdən ibarət olur. Bu qidalar qısa müddətdə çəki artımına, insulin müqavimətinin yaranmasına və metabolik pozğunluqlara yol açır. Nəticədə, qaraciyər yağlanması, duzlu qidaların qəbulu isə hipertoniya hallarını artırır”.

Mütəxəssis-eksperti bildirib ki, qida kombinasiyalarının uyğunsuzluğu, eyni zamanda ağır ət yeməkləri ilə karbohidratla zəngin qidaların qəbul edilməsi həzm sistemini yükləyir və narahatlıq yaradır: “Öd daşı xəstəlikləri kəskinləşir, qastrit halları çoxalır. Bayramlarda oturaq həyat tərzi piylənmə riskini artırır və artıq kalorilərin yandırılmasını çətinləşdirir”.

Sonda qastroenteroloq qeyd edib ki, yetərsiz maye qəbulu soyuq aylarda daha çox rast gəlinir: 

“Bayram günlərində qazlı və şirin içkilər üstünlük təşkil edir ki, bu da bədəndə su balansının pozulmasına səbəb olur. Hava şəraitinə uyğun qidalanma və bayram günlərində balanslı pəhriz sağlam həyat tərzi üçün sadəcə bir qayda deyil, həm də uzunmüddətli sağlamlıq üçün çox önəmlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3602

Oxşar yazılar

Altı BÜRC üçün iyun ilin ən xoşbəxt ayı  olacaq

Altı BÜRC üçün iyun ilin ən xoşbəxt ayı olacaq

3 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

3 iyun 2025 , 08:24
Beş BÜRC iyun ayında Kainatın "Qara siyahısı"na  düşəcək

Beş BÜRC iyun ayında Kainatın "Qara siyahısı"na düşəcək

3 iyun 2025 , 00:02
"Azercell"dən TARİF AÇIQLAMASI

"Azercell"dən TARİF AÇIQLAMASI

2 iyun 2025 , 23:27
Sosial şəbəkələrin  gizli faydası AÇIQLANDI

Sosial şəbəkələrin gizli faydası AÇIQLANDI

2 iyun 2025 , 19:46
İyun ayı 3 BÜRC üçün çox uğurlu  olacaq

İyun ayı 3 BÜRC üçün çox uğurlu olacaq

2 iyun 2025 , 18:40
Güclü leysan, sulu qar yağacaq,  sel gələcək - XƏBƏRDARLIQ

Güclü leysan, sulu qar yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

2 iyun 2025 , 17:45
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

2 iyun 2025 , 17:16