Bayram günlərində 19 nəfər  ZƏHƏRLƏNDİ
27 mart 2024 17:53 (UTC +04:00)

Bayram günlərində 19 nəfər ZƏHƏRLƏNDİ

Bayram günlərində (ayın 20-26-da) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 19 müraciət daxil olub.

Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, onlardan 10-u dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 2-si etannoldan zəhərlənmiş şəxs olub, 1 nəfər isə allergik reaksiya səbəbindən zəhərlənib. 

Müraciət edənlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Həmin şəxslər arasında ölüm faktı qeydə alınmayıb.

# 1860
avatar

Fidan İlqar

Oxşar yazılar