Bayram günləri Bakının girişində post qurulacaq? - RƏSMİ CAVAB
07 may 2021 13:05 (UTC +04:00)

Bayram günləri Bakının girişində post qurulacaq? - RƏSMİ CAVAB

“Sürücülər yuxulu, yorğun halda sükan arxasında əyləşməsinlər”.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bayram günlərində rayonlara gediş-gəlişlə bağlı Lent.az-ın sualını cavablandırarkən deyib. O, qeyri-iş günlərində səfərə çıxan sürücülərə yol polisinin tövsiyələrini çatdırıb:

“Mayın 9-dan 16-dək bayram günləridir. Ramazan bayramında ehtimal olunur ki, asudə vaxtından istifadə edib rayonlara üz tutanların sayı artacaq. Bununla bağlı sürücülərə yol hərəkəti qaydalarına riayət etməyi tövsiyə edirik. Xüsusən, yuxulu, yorğun halda sükan arxasında əyləşməsinlər. Təhlükəsizlik qaydalarına tam əməl etsinlər. Təyin olunmuş sürət həddini gözləsinlər”.

Namidan Piriyev həmçinin gələn qeyri-iş günləri ilə əlaqədar Bakının giriş-çıxışında postlar qurulub-qurulmayacağına da aydınlıq gətirib:

DYP şöbə rəisi Namidan Piriyev

“Nazirlər Kabineti yanında Operativ Qərargah bu barədə heç bir qərar verməyib. Dünən keçirilən brifinqdə də yeni məhdudiyyət tətbiq olunmadı. Buna görə, insanlar rahat şəkildə rayonlara gedə və oradan qayıda bilərlər”.

DYP rəsmisi yol polisinin gücləndirilmiş iş rejimində, növbəli şəkildə xidmət aparacağını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4292

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07