Baş prokuror Yasamalda vətəndaşları qəbul edəcək
01 sentyabr 2025 10:59 (UTC +04:00)

Baş prokuror Yasamalda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Yasamal rayonunda vətəndaşları qəbul edəcək.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, Baş prokuror Kamran Əliyev sentyabrın 5-də saat 10:00-da Yasamal rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Yasamal rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Yasamal rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352

Oxşar yazılar