Bakıya iki gün leysan,  bu ərazilərə sulu qar  yağacaq - XƏBƏRDARLIQ
15 sentyabr 2025 17:41 (UTC +04:00)

Bakıya iki gün leysan, bu ərazilərə sulu qar yağacaq - XƏBƏRDARLIQ

0

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq 17-si axşamadək arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli olacağı , şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar