Bakının yol qəzasına "sevdalı" qaranlıq avtomobil yolları - REPORTAJ -VİDEO
21 yanvar 2023 04:21 (UTC +04:00)

Bakının yol qəzasına "sevdalı" qaranlıq avtomobil yolları - REPORTAJ-VİDEO

Bakının mərkəzi küçələri günün qaranlıq saatlarında işıqlandırılsa da, təəssüf ki, bunu bütün yollara şamil etmək olmur. Ətraf qəsəbələrdə isə vəziyyət daha da acınacaqlıdır. Müəyyən ərazilər var ki, avtomobillərin intensiv hərəkət etdiyi yollarda belə işıqlandırma yoxdur və təbii ki, bu da həmin yollarda qəzaları qaçılmaz edir.

Bəzi yollarda, ümumiyyətlə, işıq dirəkləri yoxdur. Bəzi istiqamətlərdə isə işıq dirəkləri baxımsız və istismara yararsız vəziyyətdədir. Əksəriyyətində işıqlandırma sistemi olsa da, çoxunun işığı yanmır.  Avtomobillərin intensiv hərəkəti üçün nəzərdə tutulmuş yol  zolaqlarında da işıqlandırmanın yararsız olmasına rast gəlmək mümkündür. Zülmət qaranlığa bürünən Badamdar şossesi, Bakı dairəvi yolu, Xətai rayonun bəzi ərazilərini buna misal çəkmək olar. 

“Son vaxtlar paytaxtda yol qəzalarının sayı durmadan artır. Xüsusən gecə saatlarında yoların qaranlıq olması qəza hallarını daha da artırır”.

Dirəklərin quraşdırılmasına baxmayaraq heç birində işıq yanmır. Sözügedən yollarda  sürücülərə çətin anlar yaşadan digər səbəb isə gecə saatlarında dairənin mövcudluğunu göstərən yol nişanlarının qaranlıqda, demək olar ki, görünməməsidir. Yolu yaxşı tanımayan sürücü üçün bunun nə demək olduğu məlumdur... 
Sürücülər qaranlıq yolları keçmək istəyən piyadaları, eləcə də maneələri görməkdə çətinlik çəkirlər.

Qaranlıqda hərəkət edən piyadaların və avtomobil sürücülərinin düşdüyü çətin vəziyyəti başa düşmək olar. Zülmət yollardan mütəmadi istifadə etməyən şəxs son anda gördüyü dairədə qəzadan yayınmaq, yaxud sağa-sola manevr etmək üçün əyləcdən qəfil istifadə etmək məcburiyyətində qalır və bu zaman həm özü, həm də özündən arxada hərəkət edən digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaratmış olur.  

Sürücülər yol zolaqlarının neytral ara boşluğunda, yaxud yol kənarındakı işığı yanmayan dirəklərin özlərini də sükan arxasında olanlar üçün təhlükə mənbəyi hesab edir. Çünki, bu dirəklər, bəzən qarşıdan gələn maşınların sayrışan güclü işıqlarının fonunda yolu keçməyə tələsən piyada görüntüsü verir, yaxu da sürücünü diqqətini hansısa formada yayındırır. 

Yollardakı işıqsızlığın doğurduğu bir kabus da, qaranlıq məhəllələrdə yem axtarışına çıxan sahibsiz itlərdir... Xüsusilə gecə saatlarında məhəllədaxili yollarda dolaşan heyvanların qorxusundan insanlar evdən çıxmağa ehtiyat edir. Ən çox, axşamın qaranlıq saatlarında dərsdən, məşğələdən, idman məşqindən qayıdan balacalar bu təhlükələrlə daha çox rastlaşmalı olur. 

Qeyd edək ki, 2018-ci ildə ölkə prezidenti "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Məqsəd isə ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir. 

Elşən Yəhyayev - APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3687

Oxşar yazılar

Bəxt 3 BÜRCÜN tərəfindədir:  ulduzlar  nələr vəd edir?

Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?

13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var -  SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

13 may 2025 , 00:02
Dörd BÜRC üçün  pul çay kimi  axacaq 

Dörd BÜRC üçün pul çay kimi axacaq 

12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq  təhlükəlidir - XƏBƏRDARLIQ

Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ

12 may 2025 , 18:25
Leysan, dolu və sulu qar  XƏBƏRDARLIĞI

Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI

12 may 2025 , 16:54
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat

Dahilərdən qadınlar haqqında 9 sitat

12 may 2025 , 15:49