Bakıda sıxlığın aradan qaldırılması üçün yol polisi tərəfindən tədbirlər keçirilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a açıqlamasında bildirib ki, vətəndaşların haqlı narazılıq və narahatlığının aradan qaldırılması, süni sıxlıqların yaşanmaması üçün yol polisi gücləndirilmiş qaydada tədbirlərə başlayıb:
“Dəfələrlə paytaxt yollarının, piyada səkilərinin, yollların hərəkət istiqamətlərinin zəbt olunması məsələsini vurğulasaq da, təəssüflər olsun ki, eyni növ problemlər gündəlik təkrarlanır. Yol polisi yenidən günləndirilmiş tədbirlər keçirib və bu proses davam edəcək”.
“Bir daha sürücülərdən xahiş edirik ki, sürücü həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Çünki belə bir hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”, - deyə A.Əsgərli qeyd edib.