Bakının mərkəzi qəsəbələrinə suyun verilməsində fasilə yaranacaq.
"Azərsu" ASC-dən Lent.az-a verilən məlumata görə, məhdudiyyət magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır. Bu səbəbdən Səbail rayonunun Bibiheybət qəsəbəsinə, Şıx və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.