Bakının mərkəzində bir sıra küçələrdə hərəkət məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, məhdudiyyətlər Azərbaycan prospektində aparılan təmir-bərpa işləri ilə əlaqədardır. Buna görə də, İstiqlaliyyət, Şeyx Şamil, Bünyad Sərdarov və Lermontov küçələrində avtomobillərin hərəkətinə müvəqqəti məhudiyyətlər qoyulub.
Qoyulan məhdudiyyətlər səbəbindən 6, 10, 18, 31, 53, 65, 205 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslar alternativ küçə və prospektlərdən istifadə edirlər.