Bu gün Azadlıq prospekti, Qəzənfər Musabəyov küçəsi və Xutor ərazisinin bəzi hissələrinə suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-dən Lent.az-a verilən məlumata görə, bu, Binəqədi rayonu Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində magistral su xəttində baş verən qəzanın aradan qaldırılması ilə əlaqədardır.