Bakının bu rayonu qazsız qalacaq
27 sentyabr 2025 09:39 (UTC +04:00)

Bakının bu rayonu qazsız qalacaq

0

Bakının Xətai rayonunun bəzi küçələrinə təbii qazın verilişi dayandırılacaq.

Bu barədə Lent.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, Xətai rayonunun Cavanşir küçəsində siyirtmənin quraşdırılması ilə əlaqədar, sentyabrın 29-da saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Həmin müddət ərzində rayonun Cavanşir, Sadıqcan, 8 Noyabr küçəsinin bir hissəsində, həmçinin Zığ yolu, Əbilov və Kombinat küçələrinin qaz təchizatında fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar