Bu gecə Bakının bir hissəsi susuz qalacaq.
"Azərsu" ASC-dən Lent.az-a verilən məlumata görə, məhdudiyyətlər magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədardır. Buna görə də bu gün saat 22:00-dan etibarən dekabrın 10-u səhər saatlarınadək paytaxtın Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.