Bakını toz dumanı bürüyüb - 2 gün ...
05 iyul 2021 13:42 (UTC +04:00)

Bakını toz dumanı bürüyüb - 2 gün ...

Havada toz dumanı müşahidə edilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 5-də səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Tozlu hava şəraiti  lokal xarakterlidir.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında temperaturun yüksək olması, yağıntının az düşməsi, küləkli günlərin çox olması ərazinin coğrafi mövqeyi və  iqlim şəraiti üçün xarakterikdir. 

Son dövrlər Abşeronda havanın yağmursuz keçməsi və ümumi meteoroloji şəraitlə əlaqədar torpağın üst səthinin quruması toz kütlələrinin formalaşmasına gətirib çıxarıb. Yaranmış toz kütlələri güclü küləklər vasitəsilə ətraf mühitə yayılıb və atmosfer havasının keyfiyyət statusunun aşağı düşməsinə səbəb olub. 

Hazırda avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın 2 gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1776
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar