Bakını toz  bürüdü
04 avqust 2025 16:39 (UTC +04:00)

Bakını toz bürüdü

Havada toz müşahidə olunur.

Lent.az-a Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda  cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır. Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub.

“Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq üç gün ərzində davam edəcəyi gözlənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar