“Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyindəki 5 nömrəli Kliniki Doğum evinə yeni baş həkim təyin edilib.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən bildirilib ki, bu vəzifəyə təyin edilən tibb üzrə fəlsəfə doktoru Hüseynzadə Vəfa Oruc qızıdır.
Tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq V.Hüseynzadə bundan əvvəl Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Zahılıq şöbəsinin müdiri vəzifəsində çalışıb.