Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu bio-smart dayanacaqlarının qiyməti ilə bağlıdır.
Sosial şəbəkələrdə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən qurulan bio-smart dayanacaqların baha qiymətə başa gəlməsi ilə bağlı məlumatlar yayılıb. Bəs görəsən geniş müzakirələrə səbəb olan bu dayanacaqların real qiyməti nə qədərdir?
Rubrikamızın sualına BNA mətbuat katibi Mais Ağayev cavab verib.
O bildirib ki, vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun yenilənməsi davamlı olaraq aparılır:
“Göstərilən xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblər səviyyəsində qurulması üçün informasiya texnologiyalarının imkanlarından da istifadə olunur.
Bio-smart avtobus dayanacaq pavilyonunun quraşdırılması da bu çərçivədə reallaşıb. Tamamilə yerli istehsal olan bio-smart avtobus dayanacaq pavilyonu günəş enerjisi ilə çalışır. Dezinfeksiya duşu, mobil qurğular üçün enerji portları və monitor quraşdırılıb.
Bio-smart dayanacaq pavilyonun satın alınması və quraşdırılması “Dövlət satınalmaları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq həyata keçirilib. Qanunvericiliyin tələbinə əsasən kotirovka sorğusu verilib. Müsabiqə zamanı, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını əsas götürülüb və satın alınacaq mal və iş üzrə daxil olan təкliflər tender коmissiyаsı üzvləri tərəfindən аrаşdırılıb.
Təqdim оlunаn təкliflər аrаsındа dаhа sərfəli, iqtisаdi bаxımdаn dаhа səmərəli “RD SMART” MMC-nin təкlifi оlduğundаn, “Bio-smart avtobus dayanacaq pavilyonunun satın alınması və quraşdırılması” “RD SMART” MMC-dən ƏDV də daxil 25000.66 manat məqsədəuyğun hеsаb olunub”.
Qeyd edək ki, bio-smart dayanacağı Bakıda hələlik bir ünvanda, Heydər Əliyev Mərkəzinin qarşısında quraşdırılıb.