Bakıda fəaliyyət göstərən uşaq bağçalarında valideynlərin COVID pasportunu almaları tələb edilib.
Bu barədə Lent.az-a bir neçə valideyn məlumat verib.
Onlar bildiriblər ki, peyvənd və ya immunitet sertifikatları olmayan valideynlər övladlarını bağçaya qoya bilməzlər.
Bu barədə sorğumuza cavab olaraq Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisəsi və Uşaq Evləri İdarəsindən bildirilib ki, idarə tərəfindən məktəbəqədər təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib.