Bakıda universitetdə RƏZALƏT:  Bufet rəhbərinə hansı CƏZA VERİLDİ?
26 may 2022 10:55 (UTC +04:00)

Bakıda universitetdə RƏZALƏT: Bufet rəhbərinə hansı CƏZA VERİLDİ?

Ötən gün sosial şəbəkələrdə Xəzər Universitetinin bufetində asılmış elan sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.

Belə ki, yeməkxananın girişində asılmış elanda bufetə kənardan yemək gətirilməsinin qadağan olunduğunu, əks halda həmin tələbəyə töhmət veriləcəyi qeyd olunub.

Xəzər Universitetinin mətbuat katibi Əlövsət Əmirbəyli Lent.az-a bildirib ki, xoş olmayan elan artıq aradan qaldırılıb və bufet rəhbərliyi cəzalandırılıb:

“Dünən axşam saatlarında Xəzər Universitetinin bufetində asılmış xoş olmayan elan artıq aradan qaldırılıb və bunu edən bufet rəhbərliyi cəzalandırılıb. 

Bufet rəhbərliyi kimdir ki, tələbələrə töhmət versin. Həmin şəxs artıq öz vəzifəsində sui-istifadə etdiyi üçün haqqında tədbir görülüb”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3783
avatar

Fidan İlqar

Oxşar yazılar