Bakıda ŞOK:  COVID olan ana süni nəfəs aparatına qoşulu uşaq doğdu - FOTO
08 dekabr 2021 11:25 (UTC +04:00)

Bakıda ŞOK: COVID olan ana süni nəfəs aparatına qoşulu uşaq doğdu - FOTO

Koronavirusa yoluxaraq vəziyyəti kəskin ağırlaşan hamilə qadın və 28 həftəlik doğulan körpəsi uzun mübarizədən sonra həyata qayıdıb.

Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, bir ay əvvəl səhhətində kəskin ağırlaşma səbəbindən müxtəlif xəstəxanalara müraciət edilən və hətta özəl xəstəxanaların birində böyük məbləğdə depozit istənilən, ancaq COVID testi müsbət çıxdığına görə imtina verilən ana ən son anda Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Gətirilərkən kritik ağır vəziyyətdə olan ana və övladdan yalnız birinin sağ qalma ehtimalı olub. Həmin dövrdə ağır koronavirus keçirən, şok vəziyyətində olan ana süni nəfəs aparatına qoşulub və erkən doğuşa qərar verilib. Olduqca riskli əməliyyat nəticəsində 28 həftəlik bir qız övladı doğulsa da, körpənin vəziyyəti kritik ağır olub və ağciyərləri açılmayıb.

Həkimlər bir müddət körpənin ağciyərlərinin açılmasına çalışıb. Körpə 3 gün ağciyərin süni ventilyasiya aparatında saxlanıldıqdan sonra müsbət dinamika müşahidə edilib və CPAP  aparatına qoşulub. 8 gün müddətində bu aparatda qalan körpənin vəziyyəti təxminən 2 həftədən sonra normallaşıb və nazal oksigen terapiyasına keçilib.

Hazırda vəziyyəti yaxşıdır, çəkisi bərpa olunur və ana südü ilə qidalanır.

Körpə Hüsnan, ana Gülnarə xanım və ata Fariz Alıyev

# 5379
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

AZAL Türkiyədə zəlzələ ilə əlaqədar biletləri cəriməsiz geri qaytarır  

AZAL Türkiyədə zəlzələ ilə əlaqədar biletləri cəriməsiz geri qaytarır  

7 fevral 2023 , 21:20
Türkiyəyə yardım bu ünvanlarda toplanılır-VİDEO

Türkiyəyə yardım bu ünvanlarda toplanılır-VİDEO

7 fevral 2023 , 20:50
FHN əməkdaşları Türkiyədə 3 nəfəri  xilas etdi - VİDEO  - YENİLƏNİB

FHN əməkdaşları Türkiyədə 3 nəfəri xilas etdi - VİDEO - YENİLƏNİB

7 fevral 2023 , 18:49
Bakıda daha bir marşrut xətti "BakuBus"a verildi

Bakıda daha bir marşrut xətti "BakuBus"a verildi

7 fevral 2023 , 17:51
Türkiyədəki dəhşətli zəlzələni bütün dünyaya çatdıran Azərbaycan JURNALİSTLƏRİ

Türkiyədəki dəhşətli zəlzələni bütün dünyaya çatdıran Azərbaycan JURNALİSTLƏRİ

7 fevral 2023 , 17:27
Məcburi köçkünlərin boş qalan mənzillərinin aqibəti necə oldu? – RƏSMİ CAVAB

Məcburi köçkünlərin boş qalan mənzillərinin aqibəti necə oldu? – RƏSMİ CAVAB

7 fevral 2023 , 15:56
Akkreditasiyadan keçməyən universitetlərə XƏBƏRDARLIQ:  Qəbul dayandırıla bilər

Akkreditasiyadan keçməyən universitetlərə XƏBƏRDARLIQ: Qəbul dayandırıla bilər

7 fevral 2023 , 15:55
Sürücülərə XƏBƏRDARLIQ: Bu yollar buz bağlayacaq

Sürücülərə XƏBƏRDARLIQ: Bu yollar buz bağlayacaq

7 fevral 2023 , 15:46