Bakıda meyiti tapılan şəxslərlə bağlı bəzi faktlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, meyiti tapılan şəxslər hadisədən əvvəl yeyib-içiblər.
İlkin ehtimala görə, Fuad Mayılov ilə İlham Hüseynov arasında münaqişə yaranıb. Münaqişə zəminində F.Mayılov İ.Hüseynovu bıçaqlayıb.
Kriminalistlər bundan sonra baş verənləri isə iki versiyaya üzərində araşdırır.
Birinci versiyaya görə, F.Mayılov İ.Hüseynovu bıçaqlayandan sonra İ.Hüseynov özündə taqət taparaq F.Mayılovu eyvandan atıb.
İkinci versiyaya görə isə F.Mayılov İ.Hüseynovu bıçaqladıqdan sonra özünü binadan ataraq intihar edib.
Hər iki versiya istintaqçılar tərəfindən araşdırılır.
***
11:42
Yanvarın 29-u saat 01 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi bina 012E, mənzil 98 ünvanında 1972-ci il təvəlüdlü İlham Hüseynovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Lent.az-a verilən xəbərə görə, bundan başqa, həmin binanın qarşısındakı asfalt örtük üzərində 1997-ci il təvəllüdlü Fuad Mayılovun meyiti aşkar edilib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlham Həsənovun meyitinin müayinəsi zamanı onun üzərində deşici-kəsici alətlə törədilməyə xarakterik çoxsaylı xəsarətlər, Fuad Mayılovun meyitinin üzərində isə hündürlükdən yıxılmaya xarakterik çoxsaylı sınıq xəsarətlərinin olması müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.