Bakıda güclü külək nə vaxta qədər əsəcək? -  AÇIQLAMA
27 aprel 2021 13:02 (UTC +04:00)

Bakıda güclü külək nə vaxta qədər əsəcək? - AÇIQLAMA

Axşam və gecəyə doğru külək səngiyəcək.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Lent.az -a  bildirib ki, bu gün müşahidə edilən küləkli hava şəraiti Bakı üçün səciyyəvidir: "Qara dənizdən Zaqafqaziyaya doğru uzanan antisiklon küləyin güclənməsinə səbəb olub. Hazırda Bakıda və Abşeron yarımadasında şimal küləyinin 20- 27 m/s-dək güclənməsi müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrdir". 

U.Tağıyeva qeyd edib ki, avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə, küləkli hava şəraiti nəticəsində havada tozun miqdarı normadan 1,8 dəfə artıqdır: "Gün ərzində küləkli hava şəraiti davam etsə də, axşam və gecəyə doğru külək səngiyəcək, bu da havada olan tozun azalmasına səbəb olacaq."

Xidmət rəsmisinin sözlərinə görə, yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında 8-13 m/s, arabir 15-18 m/s şimal istiqamətli küləyin üstünlüyü gözlənilir.

# 2724
avatar

Nigar Adil

Oxşar yazılar