Bakıda güclü külək ağacları kökündən AŞIRDI  - YENİLƏNİB
05 may 2021 17:48 (UTC +04:00)

Bakıda güclü külək ağacları kökündən AŞIRDI - YENİLƏNİB

"Son məlumata görə, paytaxtda güclü külək səbəbi ilə 36 ağac aşıb".

Bu barədə Lent.az-a Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, ağacların aşması nəticəsində ancaq bir neçə maşına zərər dəyib.

***

15:31

"Paytaxtdakı güclü külək səbəbilə baş verən hadisələrdə insan tələfatı qeydə alınmayıb".

Bu barədə Lent.az-a Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd edilib ki, son məlumata görə 30 ağac aşıb: "Həmin ağacları mütəxəssislər ərazidən götürüb. Onlardan bir neçəsi maşınların üzərinə aşıb". 

***

11:55

Bakı şəhərində müşahidə edilən təhlükəli küləkli hava şəraitinin fəsadları açıqlanıb.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Lent.az-a bildirilib ki, son məlumata görə, 15 ağac aşıb:

“Həmin ağacları mütəxəssislər ərazidən götürüb. Ağac aşması nəticəsində xoşagəlməz hadisə qeydə alınmayıb”.

Qeyd edilib ki, Nərimanov rayonunda güclü külək səbəbindən işıq dirəyi aşıb və aşan ağaclardan biri qaz xəttinin üzərinə düşüb.

Xatırladaq ki, mayın 5-i saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisidə hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub. 

# 4422
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar