Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Lent.az "koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 13.6 faiz, Sabunçuda 11.8 faiz, Yasamalda 11.7 faiz, Suraxanıda 8.4 faiz, Nərimanovda 7.8 faiz, Nəsimidə 7.6 faiz, Xəzərdə 7.6 faiz, Nizamidə 7.1 faiz, Səbaildə 4.9 faiz, Qaradağda 4.4 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.