Tıxac
30 mart 2021 09:12 (UTC +04:00)

Tıxac

Bakıda bütün marşrut avtobuslarında gecikmə var - SƏBƏB -FOTO

Hazırda Bakının bir neçə küçə və prospektində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, sıxlıq ən çox Qara Qarayev prospekti “Koroğlu” m/st-sı istiqamətində, 20 Yanvar dairəsi Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti mərkəz istiqamətində, Sabunçu-şəhər yolu mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində müşahidə olunur. 

Sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

# 1782
avatar

Mehman Nəbiyev

Oxşar yazılar