20 may saat 8:00-dan saat 22:00-dək Bakı şəhəri Azadlıq prospektinin yan yolunda (Ziya Bünyadov prospektindən Nəcəf Nərimanov küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.