Bakıda bu məktəbin COVID-ə yoluxan müəllimləri karantinə alındı - YENİLƏNİB
18 noyabr 2021 17:01 (UTC +04:00)

Bakıda bu məktəbin COVID-ə yoluxan müəllimləri karantinə alındı - YENİLƏNİB

Paytaxtdakı 282 nömrəli tam orta məktəbin bir neçə müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən xəbərə görə, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 nömrəli tam orta məktəbin COVİD-19 infeksiyasına yoluxmuş müəllimləri üçün 14 günlük karantin müddəti tətbiq olunub. 

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

***

saat 13:30

Bakıdakı  282 saylı tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Lent.az-ın məlumatına görə, məktəbin bir neçə müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 saylı tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz edilib.

 

# 4779
avatar

Oxşar yazılar