Lent.az-ın redaksiyasına oxucumuz Sahilə İbrahimova şikayətlə müraciət edərək keçən ildən verdiyi online sifarişin hələ də gəlmədiyini və bununla bağlı şikayətçi olduğunu deyir.
Belə ki, xanım ötən ilin noyabr ayından "Dostex.az" adlı karqo şirkəti vasitəsi ilə Amerikadan 294 manat dəyərində saat sifariş edib. Üzərindən bir ay keçdikdən sonra xanım zəng edib sifarişin harada qaldığını soruşsun. Bu zaman malın 1 həftə sonra gələcəyini deyiblər. Beləcə daha bir neçə “1 həftələr” keçib və 4 aya gəlib çıxıb. Amma ortada nə saat var, nə pul...
Onun sözlərinə görə, puldan əlavə insanları dolandırırlar. Şikayəti işıqlandırmaq üçün həmin karqo şirkətinin instaqram səhifəsinə nəzər yetirdik. Şərhləri oxuduqda gördük ki, bu cür halla qarşılaşan tək bu xanım deyil.
Məsələ ilə bağlı qarşı tərəfin fikrini öyrənmək üçün karqo şirkəti ilə əlaqə saxladıq. Operatora şikayətimizin olduğunu və şirkətin marketinq nümayəndəsi ilə danışmaq istədiyimizi bildirən də, bizə də “gün ərzində sizə zəng ediləcək” deyildi. Yenə beləcə 3 gün keçdi...
Bundan sonra, DİN-nin 102 xidmətinə müraciət etdik. Çox çətinliklə də olsa, xanımın pulu geri qaytarıldı.
Bu hadisə bir daha onu sübut etdi ki, belə hadisələrlə qarşılaşmamaq üçün diqqətli olmaq və güvəndiyimiz karqo şirkətləri ilə əməkdaşlıq etmək vacibdir.