Heydər Əliyev Mərkəzi dayanacağı
02 mart 2021 13:26 (UTC +04:00)

Heydər Əliyev Mərkəzi dayanacağı

Bakıda bio-smart dayanacaqlar quraşdırılır - İLK DƏFƏ - FOTO

İctimai nəqliyyat infrastrukturunun yenilənməsi zamanı informasiya texnologiyalarının imkanlarından da istifadə olunur. 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, bu çərçivədə Bakı şəhərində bio-smart avtobus dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb. İlk belə dayanacaq pavilyonu Heydər Əliyev Mərkəzinin yaxınlığında quraşdırılıb. Ərazinin memarlıq üslubu ilə həmahəng olan pavilyon Heydər Əliyev prospektində, şəhər mərkəzi istiqamətində yerləşir. Bu dayanacaqdan 1, 2 və 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar keçir. Sərnişin axını baxımından əsas cəlbetmə məntəqələrindən hesab olunur. 

Tamamilə yerli istehsal olan bio-smart avtobus dayanacaq pavilyonunun bir çox üstünlükləri var. Pavilyon günəş enerjisi ilə çalışır. Burada dezinfeksiya duşu quraşdılıb ki, bunun sayəsində də müəyyən olunan vaxt aralığında avtomat rejimdə dərman məhlulu səpilir. Mobil qurğular üçün enerji portlarının olduğu pavilyonda “BakıKart” ödəmə terminalı da var.

Bio-smart avtobus dayanacaq pavilyonunun quraşdırılması ilə digər bir layihənin də icrasına start verilib. Layihəyə əsasən paytaxt ərazisindəki dayanacaq məntəqələrinin hər birinə individual olaraq adlar veriləcək. Adlar əsasən dayanacaq məntəqəsinin yerləşdiyi məkana, həmin məkanda olan mədəni-tarixi və digər əsas obyektlərə uyğun olaraq müəyyən ediləcək. Bu mənada ilk bio-smart pavilyon “Heydər Əliyev Mərkəzi” dayanacağı adlandırılıb.

Qeyd edək ki, son beş ildə paytaxtın inzibati ərazisində 432 ədədi pavilyon, 409-u məntəqə tipli olmaqla ümumilikdə 841 dayanacaq quraşdırılıb. 1191 dayanacaq təmir edilərək sərnişinlərin istifadəsinə verilib. Nəticədə dayanacaqların 42 faizi yenilənib, şəhər üzrə ümumi dayanacaq tələbatının 90.1 faizi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737
avatar

Mehman Nəbiyev

Oxşar yazılar