Qapısı xarab olan avtobus
28 sentyabr 2021 18:21 (UTC +04:00)

Qapısı xarab olan avtobus

Bakıda avtobus sürücüsü qapını əlində daşıdı: BNA-dan AÇIQLAMA

Bakıda sürücünün özünün idarə etdiyi avtobusun qapısını əlində daşıması görüntüləri sosial şəbəkədə yayılıb.

Lent.az-ın məlumatına görə, həmin görüntülər izləyicilərin həm gülüşünə, həm də ictimai qınağa səbəb olub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məsələ ilə bağlı Lent.az-a bildirib ki, hadisə bu gün saat 10:40-da Suraxanı rayonu ərazisində qeydə alınıb:

“Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində “BUS-Trans” şirkətinin müvəqqəti istismarında olan 106 saylı marşrut üzrə 99-RU-659 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Daşıyıcının verdiyi məlumata görə, yük avtomobili işıqforda dönmə əməliyyatını həyata keçirərkən nəqliyyat vasitəsinin arxa hissəsinin avtobusun sürücü yerləşən hissəsinə dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmayıb”.

# 2397
avatar

Mehman Nəbiyev

Oxşar yazılar