"Bakı Metropoliteni" QSC-nin yeni xətlərində gələcəkdə maşinistsiz idarəetmə sistemi tətbiq olunacaq.
Lent.az xəbər verir ki, bunu APA-ya QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bu prinsipin gələcəkdə tətbiqi üçün ilkin işlərə artıq başlanılıb və yaxın gələcəkdə bu işlərin təqdimatı gözlənilir.
"İşlərin ilkin mərhələsi adlandıra biləcəyimiz "ox sayğacı" bazasında sistemlər "Nərimanov" elektrik deposunda quraşdırılıb", - deyə B . Məmmədov qeyd edib.
Metropoliten rəsmisi əlavə edib ki, qatarların maşinistsiz idarəetmə sisteminin tətbiqi ilkin olaraq Bənövşəyi xətdə tətbiq olunacaq, bu da sözügedən xəttin inşasının bitəcəyi vaxtdan asılıdır.