“Azərsun Holdinq” ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir
27 avqust 2025 09:59 (UTC +04:00)

“Azərsun Holdinq” ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə növbəti dəfə keçirilən “Tullantıları hədiyyələrə dəyiş” adlı festivalın əsas dəstəkçilərindən biri də “Azərsun Holdinq”dur. Uğurla başa çatan sosial layihənin əsas məqsədi tullantıların qarşısının alınması, təkrar emalın təşviqi, resurslardan səmərəli istifadə və ictimaiyyət arasında ekoloji maarifləndirmənin artırılmasıdır.

Layihə çərçivəsində təkrar emal üçün batareyalar, plastik və şüşə təhvil verən şəhər sakinləri müxtəlif ekoloji hədiyyələrlə mükafatlandırılıb. Cari ildə artıq 5-ci dəfə keçirilən bu təşəbbüs böyük marağa səbəb olub və vətəndaşların fəal iştirakı ilə yadda qalıb.

Festival çərçivəsində uşaqlar üçün əyləncəli və maarifləndirici master-klasslar təşkil olunub, həmçinin iştirakçılara tullantıların düzgün çeşidlənməsi ilə bağlı praktiki biliklər öyrədilib.

“Azərsun Holdinq” olaraq ətraf mühitin mühafizəsinə yönəlmiş bu cür təşəbbüslərə dəstək verməkdən məmnunluq duyuruq. Davamlı inkişafa və ekoloji dəyərlərin qorunmasına verdiyimiz önəmi fəaliyyətimizin ayrılmaz hissəsi hesab edirik və gələcəkdə də bu istiqamətdə atılan addımlara fəal şəkildə qatılmağa davam edəcəyik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148

Oxşar yazılar